AZ

Cəbhədə öldürülən prezidentin yerinə yenisi seçilib

Mayın 6-da Çadda keçirilən Prezident seçkilərinin qalibinin keçid dövrünün Prezidenti Məhəmməd İdris Debi İtno olduğu açıqlanıb.

"Cebhe.info" xəbər verir ki, Milli Seçki Şurasının (ANGE) verdiyi açıqlamada Keçid dövrü Prezidenti Məhəmməd İdris Debi İtnonun səslərin 61,3 faizini toplayaraq Çadın yeni prezidenti olduğu bildirilib.

Açıqlamada digər namizədlər arasında Succes Masranın 18,53 faiz səslə ikinci, Pahimi Padacke Albertin isə 16,91 faiz səslə üçüncü olduğu deyilir.

Məsra sosial media hesabından verdiyi açıqlamada seçkinin qalibi olduğunu açıqlayıb.

Açıqlamada seçkidə iştirak nisbətinin 65 faiz olduğu qeyd edilib.

Keçmiş Çad prezidenti İdris Debi İtno 2021-ci il aprelin 19-da cəbhədə öldürüldükdən sonra onun oğlu Məhəmməd İdris Debi İtno 20 aprel 2021-ci ildə 15 generaldan ibarət Hərbi Keçid Şurasının rəhbəri təyin edilmişdi. 

Müvəqqəti prezident kimi vəzifəyə başlayan İtno yanvarın 1-də sürgündən qayıdan keçmiş müxalif siyasətçi Succes Masranı müvəqqəti hökumətin Baş naziri təyin etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
103
2
Mənbələr
Şərh ()
Bağla