AZ

İsraildən ABŞ-yə mesaj: “Biz tək də döyüşə bilərik”

“İsrailin Müdafiə Qüvvələri (IDF) HƏMAS-a qarşı təkbaşına mübarizə apara biləcək, lakin ABŞ ilə bütün fikir ayrılıqları tezliklə aradan qaldırılacaq və müttəfiqlər yaraqlılara qarşı daha böyük canfəşanlıqla mübarizə aparacaqlar”.

“Cebhe.info” xəbər verir ki, bunu İsrail hökumətinin başçısı Benyamin Netanyahu deyib. 

“Haaretz” qəzeti yazır ki, Netanahu vurğulayıb:

“Bizim tez-tez razılaşmalarımız olub, lakin fikir ayrılıqları da olub. Biz onların öhdəsindən gələ bildik. Ümid edirəm ki, biz indi onların öhdəsindən gələcəyik”, - Netanyahu bildirib.

Baş nazirin sözlərinə görə, onun hökuməti İsraili Həmas yaraqlılarından qorumaq üçün əlindən gələni edəcək. O, həmçinin əmin edib ki, ABŞ Prezidenti Co Bayden dialoqa açıqdır və həmçinin böhranın həlli üçün mümkün yollar axtarır.

Bundan əvvəl İsrail ordusunun Qəzza zolağı ilə Misir sərhədində yerləşən Rəfahda quru əməliyyatına başladığı məlum olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
19
Mənbələr
Şərh ()
Bağla