AZ

Ermənistan müxalifəti yeni baş nazir axtarmağa başlayıb

Ermənistan müxalifəti indiki hökumət başçısı Nikol Paşinyanın istefaya göndəriləcəyi təqdirdə baş nazir postuna namizədlə bağlı qərar verməyib.

"Operativ Media" xəbər verir ki, bunu “Vətən üçün Tavuş” etiraz hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan bildirib.

Onun sözlərinə görə, respublikanın hazırkı siyasi elitasından kənardan namizəd axtarılır.

"Bu, prosesin ikinci hissəsidir. İndi insanlar oyanır. Namizədlə bağlı müzakirələr davam edir, ola bilsin ki, o, indiki siyasi qüvvələrdən olmaya bilər”, - Qalstanyan bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla