AZ

Rusiya desantları Ukrayna hərbçilərinin Dneprdən keçmək cəhdinin qarşısını alıblar – ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, Rusiya Hərbi Hava Qüvvələrinin "Zala" kəşfiyyatçı pilotsuz təyyarələri Dnepr çayının sağ sahilində Ukrayna silahlı qüvvələrinin piyadalarını, habelə çayı keçməyə cəhd edən Ukrayna katerlərini aşkar edərək artilleriya atəşi ilə məhv etməyə kömək ediblər.

"Dnepr döyüş qrupunun hava-desant qüvvələrinin Zala PUA-ları Xerson vilayətində Dnepr çayının sağ sahilində döyüş qrupunun artilleriya və hücum dronları tərəfindən məhv edilmək üçün Ukrayna silahlı qüvvələrinin hədəflərinin axtarışı və aşkar edilməsi üzrə döyüş işlərini uğurla aparır.  Paraşütçülər çayı keçmək üçün növbəti uğursuz cəhdi həyata keçirən Ukrayna silahlı qüvvələrinin su gəmisini, eləcə də qarşı sahildəki evlərin xarabalıqlarında gizlənən Ukrayna silahlı qüvvələrinin piyadalarını aşkar ediblər", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
olaylar.az

1Mənbələr