AZ

"Silah verməsələr, dırnaqlarımızla döyüşəcəyik" -

O, bu fikri ABŞ-nin Rəfaha hücum olarsa, İsrailə hərbi yardımları dayandırması ilə bağlı bəyanatına cavab olaraq deyib. Netanyahu bildirib ki, silah təchizatında ABŞ-dən asılı olan İsrail lazım gələrsə, “dırnaqları ilə vuruşacaq”.
Blinken Konqresdə İsrail əleyhinə çıxış edəcək


“Tək mübarizə aparmalı olsaq, təkbaşına mübarizə aparacağıq. Mən artıq demişəm, əgər məcbur olsaq, dırnaqlarımızla döyüşəcəyik” , - Netanyahu deyib.

O, keçmişi xatırlayaraq əlavə edib ki, İsrail dövləti yaradıldıqdan sonra BMT bu ölkəyə silah tədarükünə embarqo qoyub, lakin İsrail 1948-ci il Ərəb-İsrail müharibəsində müstəqillik qazana bilib.

2023-cü ilin 7 oktyabrından İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında müharibə davam edir. Bu həftə İsrail hərbçiləri Rəfah keçidinin Fələstin hissəsinə nəzarəti ələ keçirib.

Bundan sonra ABŞ prezidenti Co Bayden bildirib ki, ordusu Rəfaha daxil olarsa, ABŞ İsrailə silah verməyəcək. Pentaqon həmin gün İsrailə hərbi yardımın dayandırıldığını təsdiqləyib.


Şahanə Rəhimli
AzVision.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
166
Mənbələr
Şərh ()
Bağla