AZ

Rusiya Hindistandan çıxara bilmədiyi gəlirlərini sərmayə qoyur

Yazını böyüt
Yazını kiçilt

Sanksiyalara görə Rusiya Hindistandan əldə etdiyi ixrac gəlirlərini yerli şirkətlərin səhmlərinə və infrastruktur layihələrinə yatırır.

Hafta.az-ın “Hindustan Times” qəzetinə istinadən yazdığına görə, Rusiya Hindistana neft ixracından rupi ilə əldə etdiyi gəlirləri dollar və avroya çevirə bilmədiyi üçün onları müxbir hesablarında saxlayır. SRVA adlanan bu hesablarda toplanan milyardlarla rupi vəsaitin böyük ölçüdə başqa variant tapılmadığı üçün müxtəlif yerli investisiyalarda istifadə olunmağa başladığı öyrənilib.

Lakin xəbərlərdə investisiyaların məzmunu ilə bağlı təfərrüatlar yer almayıb.

Bildirilir ki, Hindistan ödənişlər üçün Çin yuanından istifadə etmək istəmir və ticarət Birləşmiş Ərəb Əmirlikləri dirhəmləri, habelə rubl və rupi ilə aparılır. Hindistanla Çin arasında ərazi mübahisəsi səbəbindən uzun illərdir ki, siyasi gərginlik var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
hafta.az

1Mənbələr