AZ

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Astara, 10 may, İlkin Adıyev, AZƏRTAC

Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Dəmiryol Səyyar Klinikası Astara rayon sakinlərinə dəmir yol vağzalında tibbi xidmət göstərib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi aksiyanın keçirilməsinin əsas məqsədi sakinlərin göz xəstəlikləri ilə bağlı problemlərinin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz problemləri ilə bağlı ümumi nəticə çıxardaraq müəyyənləşdirilən xəstəliklərin müzakirəsi edilib, çətin əməliyyat tələb olunan pasientlərin Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gəlmələrinə şərait yaradılıb.

Qeyd edək ki, Mərkəz respublikada rayonların əhalisinə təmənnasız oftalmoloji həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilib. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən, öz yaşadıqları ərazilərdə müayinə, müalicə olunmasıdır. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər və aksiyaların sayı daima artır. Bu aksiya və tədbirlərin əsas məqsədi görmə problemi olan insanların erkən müayinə və müalicə olaraq öz sağlamlıqlarını geri qaytarmaqdır.

Mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı Səyyar klinikanın fəaliyyətini daha da genişləndirmək üçün 2018-ci ildən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası da fəaliyyətə başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
1
Mənbələr
Şərh ()
Bağla