AZ

Boşanmalar, erkən nikah və digər məsələlərlə bağlı məlumatları parlamentdə təqdim edəcəyik - Bahar Muradova

May ayının sonuna yaxın parlamentdə növbəti məlumatı təqdim edəcəyik. Orada boşanmalar, erkən nikah və cəmiyyəti narahat edən digər məsələlərlə bağlı informasiyalar veriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

O bildirib ki, bu zaman da bütün suallara aydınlıq gətiriləcək.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü ilin yanvar-fevral aylarında 6739 nikah qeydə alınıb. Boşanma hallarının sayı isə 3456 təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4-ə düşüb, boşanmaların sayı isə 1,8-dən 2,1-ə qədər artıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
1
Mənbələr
Şərh ()
Bağla