AZ

Paşinyan Moskvadan əlidolu qayıtdı – BİZİM ŞƏRH

Nikol Paşinyan və Vladimir Putinin Moskva görüşü müəyyən nəticələr verdi. Amma bu nəıticələri birmənalı qiymətləndirmək çətindir.

Rusiya və Ermənistan liderlərinin görüşündən sonra bəlli oldu ki, Kreml Ermənistandakı bəzi məntəqələrdən öz silahlı qüvvələrini geri çəkməyə razılaşıb.

Xatırladaq ki, bundan əvvəl bəzi məntəqələrdən Rusiya sərhədçilərinin geriu çəkilməısi ilə bağlı məlumatlar yayılmışdı. Təsmi İrəvan Zavrtnos hava limanında Ermənistan sərhədçilərinin xidmətə başlayacağı barədə bildirmioşdi. Bundan başqa Azərbaycanla əldə olunan razılaşmaya görə, Tavuş isütiqamətində sərhədlərin dəqiləşdirilıməsindən sonra eyni vaxtda hər iki ölkənin sərhədçiləri əraziyə daxil olaraq xidmətə başlayacaqlar. Bununla da Azərbaycan Ermənistan sərhəddinin Tavuş istiqamətindən Rusiya hərbi qüvvələri geri çəkilmiş olacaq.

Baş tutan bu razılaşmalar fonunda Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir. Bu aksiyanın arxasında da məhz Rusiyanın dayandığı barədə məlumatlar var.

Belə olan təqdirdə Kemlıin Nikol Paşinyanın tələbləri qarşısında geri çəkilməsi bir qədər paradoksal görünür.

Amma bir məsələni də nəzərə almaq lazımdır. Tavuş vilayətində sərhədlərin mühafizəsi ilə bağlı məsələdə Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşma əsasında həyata keçiriləcək. Azərbaycan faktorunun olması məsələnin bir qədər fərqli çalarlarını ortaya qoymuş olur.

Amma Zvartnos hava limanında sərhəd xidmətinin təşkili birbaşa rəsmi İrəvanın istəyidir.

Ehtimal etmək olar ki, Rusiya bu güzəştlərə hansısa şərtlərlə razılaşıb. Və yaxud da əks həmlə üçün sadəcə geri çəkilir.

Yqəin ki, yaxın zamanlarda bu məsələyə aydınlıq gələcək.

Herbiand.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla