AZ

XRİTDX Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünü qeyd edib

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) rəisi general-leytenant İlqar Musayev və Xidmətin şəxsi heyəti Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Onun Fəxri Xiyabandakı məzarını ziyarət etmiş və əziz xatirəsini ehtiramla yad etmişlər.

Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulmuş, çiçəklər düzülmüşdür.

Daha sonra XRİTDX-nin şəxsi heyəti Heydər Əliyev Mərkəzini ziyarət edib.

Mərkəzdə XRİTDX-nın kollektivi Ulu Öndərin əziz xatirəsinə həsr olunmuş xüsusi güşələr, şəxsi əşyalar və sənədlər ilə yaxından tanış olmuşdur. Ziyarət zamanı Heydər Əliyevin Azərbaycanın təhlükəsizlik orqanlarında xidməti haqqında ətraflı məlumat verilmiş, onun fəaliyyətini əks etdirən sənədlər və fotoarxiv materialları nümayiş edilmişdir.

Bununla yanaşı şəxsi heyətə Ulu Öndərin zəngin həyat yolu, xalqımız və dövlətimiz qarşısında tarixi xidmətləri haqqında sənədli film göstərilmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
3
Mənbələr
Şərh ()
Bağla