AZ

Rusiyada uşaq çirkab sullarının yığıldığı çənə düşdü

Rusiyanın Tver vilayətində qız helikopterlə Rayon Klinik Xəstəxanasına aparılıb.

Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə mayın 9-da baş verib.

2021-ci il təvəllüdlü qız uşağı tullantı sularının yığıldığı çənə düşüb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsinin məlumatına görə, uşaq yerli mərkəzi rayon xəstəxanasına çatdırılıb, daha sonra körpənin Tver şəhərində xəstəxanaya yerləşdirilməsinə qərar verilib. Qız Rusiya Fövqəladə Hallar Nazirliyinin Ka-32 helikopteri ilə Uşaq Klinik Xəstəxanasına aparılıb.

Rusiya Federasiyası İstintaq Komitəsinin Tver vilayəti üzrə İstintaq İdarəsinin müstəntiqləri yoxlama aparır və fövqəladə vəziyyətin səbəblərini müəyyənləşdirirlər.

Medianews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla