AZ

Yunus Oğuza"Qızıl ulduz" medalıtəqdimolundu- ÖZƏL

Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası 2023-cü ilin nəticələrinə görə  Azərbaycan təmsilçilərindən həmin Akademiyanın "Türk Dünyasında İlin Ziyalısı" Beynəlxalq Diplomu və "Qızıl Ulduz" Medalı ilə təltif edilmək üçün namizədliyi  verilən  yazıçı-publisist Yunus  Oğuz artıq ödülləndirilib .
Olaylar.az xəbər verir ki, müstəqil Azərbaycan Respublikasının mədəniyyətinin, Türk  dünyası ədəbiyyatı  və  mədəniyyətinin  inkişafındakı xidmətlərini nəzərə alaraq, hər iki nominasiya üçün Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru, yazıçı-publisist Yunus Oğuza  "Qızıl Ulduz" medalı artıq təqdim  edilib.
Xatırladaq ki, Yunus  Oğuz  onlarla  tarixi  romanlar müəllifidir və əsərləri dünyanın 20-dən çox ölkəsində dərc olunub. Dünyanın bir çox ölkələrində mükafatlara layiq görülüb.

Romanları  Nyu-Yorkda, Londonda, Moskvada, İstanbulda, Kiyevdə, Daşkənddə, Almaatada, Bişkekdə və başqa şəhərlərdə nəşr edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
5
olaylar.az

6Mənbələr