AZ

Azərbaycanda dollara artan tələb: Manatı nə gözləyir?

"Pul-kredit siyasəti adekvat aparılarsa, yaxın aylarda manatı hansısa təhlükə gözləmir".

Bunu Azərbaycan Texniki Universitetinin innovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, ölkəmizdə dollara tələbin artmasına bir neçə amillər təsir edir. Başlıca səbəb isə Federal Ehtiyatlar Sisteminin (FED) pul-kredit siyasətini sərtləşdirməsi və faiz dərəcələrini artırmasıdır:

"Bu, bütün ölkələrdə dollara olan tələbin yüksəlməsinə səbəb oldu. Nəticədə Azərbaycanda da yerli banklar dollarla qəbul etdikləri depozitlərə görə faiz dərəcələrini artırdı. Bundan başqa, idxalın artması da dollara olan tələbi yüksəldir. Digər səbəb isə bu gün ölkədən kapital çıxışının böyük həcmdə olmasıdır. Hansı ki, bu axın dollara olan tələbə təsir edir".

Elşad Məmmədov: İdxalın artması da dollara olan tələbi yüksəldir

Dolların dəyərinin artması fonunda manatın aqibətinə də toxunan E. Məmmədov qeyd edib ki, yaxın dövr ərzində manatın dəyərdən düşməsi gözlənilmir:

"Fundamental olaraq, manatın sabitliyi xarici ticarət və cari əməliyyatlardan asılıdır. Hazırda bu istiqamətlər üzrə müsbət saldo böyük rəqəmlərlə ifadə olunur. Manatın sabitliyinin daha uzunmüddətli perspektivdə qorumaq üçün yerli istehsalın stimullaşdırılmasına, idxaldan asılılığın azaldılmasına ehtiyac var. Bütövlükdə xarici iqtisadi şokların və təsirlərin ölkə iqtisadiyyatına mənfi nəticələrinin qarşısının almaq üçün maksimum ehtiyatlı davranmaq lazımdır".

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla