AZ

Dumanın sədri Volodin: Putin Mişustini baş nazir postuna təklif edib

Rusiya parlamentinin aşağı palatası olan Dumanın spikeri Vyaçeslav Volodin ölkə lideri Vladimir Putinin baş nazir postuna Mixail Mişustinin namizədliyini irəli sürdüyünü açıqlayıb.

Bu barədə Duma sədri Volodin Telegram-da yazıb.

Dumanın bu gün keçiriləcək plenar iclasında Mişustinin namizədliyini təsdiq edəcəyi gözlənilir. Rusiya prezidenti Vladimir Putin rəsmi olaraq 5-ci müddətə başladıqdan sonra Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti qanuna uyğun olaraq istefa verib. Mişustin hökumət səlahiyyətlərinin yeni seçilmiş Rusiya prezidentinə verilməsi haqqında fərmanı imzalayıb. Hökumət istefa verdikdən sonra yeni hökumətin formalaşdırılması prosesinə rəsmən start verilib. Ölkə qanunlarına görə, baş nazir namizədliyi parlamentin aşağı palatası olan Dumada qəbul edildikdən sonra prezident tərəfindən müvafiq fərman imzalamaqla vəzifəyə təyin edilir. Yeni Baş nazir vəzifəyə gəldikdən ən azı bir həftə sonra yeni hökumətdə olacaq adların siyahısını prezidentə təqdim etməlidir.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
48
Mənbələr
Şərh ()
Bağla