AZ

Ermənistanın fiaskoya məhkum "revanşist"ləri - İşxan Verdiyanın ŞƏRHİNDƏ

Son günlərdə Ermənistanda vəziyyət gərgin səviyyələrə yüksəlib. Belə ki, ölkənin baş arxiyepiskopu Baqrat Qalstanyan bir qrup, ölkənin gələcəyini düşünməyən revanşistlərlə Ermənistanın baş naziri Nikol Paşinyanın hakim iqtidarına qarşı üsyan qaldırıb. Revanşistlər Qazaxın Ermənistanda olan ekslav kəndlərinin Azərbaycana qaytarılmasına qarşı çıxır və hətta ötən gün N. Paşinyandan istefada etməsini tələb edib. O, bildirib ki, hakimiyyət onların etirazlarına eyni şəkildə cavab verməkdə davam edərsə, dinc itaətsizlik aksiyasına başlayacaq.

Bəs Ermənistandakı üsyanların nəticəsi nə olacaq? Xalq Nikol Paşinyanı devirə biləcəkmi? Xatırladaq ki, baş nazir özü də 2018-ci ildə oxşar üsulla hakimiyyəti dəyişməyə qadir olub.

Ermənistanlı siyasi fəal və siyasi şərhçi İşxan Verdiyan mövzu ilə bağlı Ednews-a fikirlərini bölüşüb. O, keşiş Baqrat və onun tərəfdaşlarının fiaskoya uğrayacağını, xalqın isə baş nazirin yanında olduğunu söyləyib.

isxan-verdiyan.jpg

"Ermənistandakı etirazlar həmişə olduğu kimi süqutla üz-üzədir. Əlbəttə, Nikol Paşinyanın qiyamı ilə oxşar göstərmək çox "şirnikləndirici" xarakter daşıyır, lakin o zaman vəziyyət tamamilə fərqli idi. Onda xalq elitaya qarşı çıxdı, bu gün isə elita xalqa üsyan edir. Bu elitalar özlərini çoxdan gözdən salıblar, onların nə səlahiyyətləri, nə də nüfuzları var, onların sadəcə talan edilmiş əmlaklarını itirmək qorxusu var.

Baqrat Qalstanyan istədiyini desin, amma xalq onu boş bir şəxs kimi qəbul edir. O, ölkədə siyasi dəyişikliklərə səbəb ola bilməz. Nə Baqratın, nə də onun ətrafına toplaşanların sonu fiaskoya məhkumdur. Ermənistan Respublikasının xalqı öz seçdiyi liderinin arxasında möhkəm dayanıb və onun devrilməsinə imkan verməyəcək".

Əkbər Novruz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq