AZ

İşğalı tamamlamaq üçün son həmlə - Rus ordusunun planı açıqlandı

Rusiya ordusu Ukraynanın şərqində quru hücumlarının sayını xeyli artırıb. Bu, Rusiya hərbi komandanlığının Qərbin hərbi yardımı cəbhəyə gəlməzdən əvvəl öz mövqelərini möhkəmləndirmək niyyətini göstərir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna ordusunun “Xortitsa” qrupunun sözçüsü Nazar Voloşin bildirib ki, şərqdə hər gün 140-dan çox toqquşma baş verir. Döyüşlərin böyük hissəsi Xarkovdan Donetsk və Zaporoje vilayətlərinin sərhəd zonasına qədər olan ərazilərdə gedir.

Britaniya Müdafiə Nazirliyinin hesablamasına görə, mart-aprel aylarından Rusiya hücumlarının sayı 17 faiz artıb. Bunların da 75 faizdən çoxu Çasiv Yar, Avdiv və Marin istiqamətində qeydə alınıb.

Voloşin hesab edir ki, Rusiya Qərbdən yardım gələnə qədər Ukrayna Silahlı Qüvvələrin zəifliyindən istifadə etməyə çalışır.

ISW analitiklərinin fikrincə, Rusiya qüvvələri Qərbin yardımı gələnə qədər yeni ərazilər ələ keçirmək istəyir. Rusların bu aralıqda əsas hədəfi Çasiv Yar və qalan 4 şəhəri ələ keçirməklə Donetskin işğalını tamamlamaqdır. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da bildirib ki, Rusiya ordusu yeni ərazilər ələ keçirməyə çalışırlar, bu məqsədlə durmadan hücumlarını davam etdirirlər.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
teleqraf.com

1Mənbələr