AZ

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Yazını böyüt
Yazını kiçilt

Alimlər düşünürlər ki, psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və narahatlığı müalicə etmək olar.

Hafta.az-ın “IFL Science”yə istinadən yazdığına görə, Halüsinogen göbələklərdəki LSD və psilosibin kimi psixikadaxili dərmanların ruhi xəstəlikləri müalicə etmək potensialı ilə bağlı araşdırmalar son illər geniş vüsət alıb. Məsələn, keçən il aparılan bir araşdırma, Kolorado çayı qurbağasının zəhərində olan 5-MeO-DMT kimi müxtəlif psixodelik maddələri istehlak edən insanların narahatlıq və depressiya əlamətlərində yaxşılaşma olduğunu göstərdi.

Zəhərinin tərkibindəki birləşməyə görə halüsinasiyalar yaratdığı uzun müddətdir bilinən bu qurbağa dərisindən də eyni maddəni ifraz edir. ABŞ rəsmiləri 2022-ci ildə xalqı qurbağaları yalamamağa çağıraraq, zəhərin ölümcül təsir göstərə biləcəyini vurğulamışdı.

Dünən “Nature” elmi jurnalında dərc olunan məqalədə tədqiqatı aparan qrup bu qurbağaların zəhərindəki 5-MeO-DMT birləşməsinin tənzimlənən formasını araşdırıb və ondan terapevtik məqsədlər üçün istifadə yollarını axtarıb.

Əvvəlki araşdırmalar psixikaya təsir edən maddələrin beyində 5-HT2A adlanan serotonin reseptorunu stimullaşdıraraq halüsinasiyalar yaratdığını aşkar etdiyinə görə, elm adamları ümumiyyətlə bu reseptoru öyrənirlər. Ancaq qurbağa zəhərindəki 5-MeO-DMT, 5-HT1A adlı başqa bir serotonin reseptoru ilə də qarşılıqlı təsir göstərir.

Maddənin bu reseptorlarla əlaqəsini başa düşmək üçün elm adamları 5-MeO-DMT-nin müxtəlif variantlarını yaradaraq onun təsirini araşdırıblar. Tədqiqatçılar 5-HT1A reseptorunu güclü şəkildə stimullaşdıran variant əldə ediblər və onu depressiya və narahatlıq əlamətləri göstərən siçanlar üzərində sınaqdan keçiriblər.

Maddənin redaktə edilmiş forması antidepresan və anksiyete dərmanlarının təsirini yaratsa da, siçanlarda psixodelik təsirlər müşahidə olunmayıb. Tədqiqatın həmmüəllifi David Lankri tapıntıları izah edir: "Biz göstəririk ki, psixika reseptorunu demək olar ki, tamamilə "iqnor edən" selektiv birləşmə depressiya və narahatlıq üçün effektiv müalicə variantı ola bilər".

5-MeO-DMT birləşməsinin 5-HT1A reseptoruna qarşı 800 dəfə daha seçici olduğu qeyd edilib. Yeni tədqiqat bu reseptorun əlavə tədqiqinin zəruriliyini vurğulasa da, tədqiqatın başqa bir müəllifi Daniel Vacker deyir: "Bizim tapıntılarımız göstərir ki, 5-HT2A-dan başqa reseptorlar təkcə psixikalardan əmələ gələn davranış təsirlərini tənzimləməklə yanaşı, həm də onların terapevtik potensialına əhəmiyyətli dərəcədə təsir göstərir".

Nəticələr psixi sağlamlıq müalicəsi üçün yeni və bəlkə də daha təsirli dərmanların inkişafı üçün ümid verici olsa da, bu nəticələrin insanlarda da görülüb-görülməyəcəyini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
15
hafta.az

10Mənbələr