AZ

Elektron siqaretdən istifadə edən gənclərin sidiyində kimyəvi maddə tapıldı » Medical Media


Elektron siqaretdən istifadə edən gənclərin sidiyində uran və qurğuşun aşkar edilib.

Medicalmedia.az
xəbər verir ki, bir araşdırmaya görə, gün ərzində müntəzəm olaraq elektron siqaret çəkən yeniyetmələr bədənlərini potensial zəhərli metallara məruz qoyur.

Nebraska Universitetinin alimləri elektron siqaretin gənclərə təsirini göstərən araşdırma aparıb. Tədqiqatda gündə ən azı 8 dəfə elektron siqaret istifadə etdiyini bildirən 13-17 yaş arası gənclər istifadə edilib.

Araşdırma nəticədə müntəzəm elektron siqaret çəkən gənclərin sidiyində ara-sıra içənlərə nisbətən 30 faiz daha çox qurğuşun və 2 dəfə çox uran olduğu aşkarlanıb. 

Uran biomarkerləri, xüsusilə mentol və ya nanə əvəzinə şirin vape ləzzətlərinə üstünlük verən gənclər arasında yüksəkdir.

İctimai sağlamlıq nöqteyi-nəzərindən tədqiqatçılar elektron siqaretlərin toksikliyi ilə bağlı daha çox araşdırma aparmağı qərar verib.

Kəmalə Osmanova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
282
Mənbələr
Şərh ()
Bağla