AZ

Braziliyada daşqında ölənlərin sayı artıb - 136 nəfər isə itkin düşüb

Braziliyada daşqında ölənlərin sayı artıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 107-yə çatıb.

Məlumata görə, güclü sel 136 nəfərin isə itkin düşməsi ilə nəticələnib: "Hazırda onların cəsədləri axtarılır. Axtarış-xilasetmə işləri fasiləsiz davam edir".

Yerli KİV-in məlumatına görə, hələ də minlərlə insana elektrik enerjisi və internet xidməti verilmir: "Ölənlərin sayının daha da artacağı gözlənilir".

Tahir Şəlvəli

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
mia.az

1Mənbələr