AZ

ƏƏSMN-də maraqlı təyinatlar: nazir müavinin qaynı nazirliyin strukturlarına necə nüfuz edir? - TƏFƏRRÜAT (FOTOLAR)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin İdarə Heyətinin sədrinə müşavir təyin edilib.

Mia.az Qaynarinfo-ya istinadla xəbər verir ki, nazir Sahil Babayevun müvafiq əmri ilə qurumun İdarə Heyətinin sədri Anar Bayramovun təqdimatı əsasında Bədəlov Asif Arif oğlu sözügedən vəzifəyə təyinat alıb.

Ötən ilin avqust ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinə müşavir təyin olunan Hüseynzadə Həmid Vəli oğlu isə sözügedən vəzifəsindən azad edilib.

Qeyd edək ki, Asif Bədəlov "Ekvita Consulting" şirkətində Təşkilati inkişaf üzrə Direktor/Baş ekspert & Layihə rəhbəri vəzifəsində çalışıb. ƏƏSMN yanında DMX-nin sifarişi ilə 800-dən çox Peşə Kvalifikasiya Standartlarının hazırlanması Layihəsində, Məşğulluğa dəstək Layihəsində (SEP-1), BP-nin EDP (Müəssisələrin inkişafı Proqramı) çərçivəsində İRİE sisteminin qurulması layihələrində layihə rəhbəri olub.

"Ekvita Consulting" MMC-nin rəhbəri İlqar Mehti Rəşid oğludur. Onun əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun qaynı olduğu deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
mia.az

1Mənbələr