AZ

Dərsə Hitlerin təsviri olan köynəklə gələn müəllim işdən çıxarıldı

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki kollecdə Adolf Hitlerin şəkli olan köynəklə sinif otağına daxil olan müəllimə qarşı hüquqi tədbir görülüb.

Publika.az xəbər verir ki, hadisə şagirdlərdən birinin polisə zəng etməsi və məktəb rəhbərliyinin buna reaksiya verərək müəllimi evə göndərməsi ilə üzə çıxıb.

Polis köynəyi müsadirə edib. Köynəkdə Stalin, Mao Zedong, İdi Amin və Pol Pot kimi diktatorların, həmçinin Hitlerin təsvir olunduğu bildirilib. Açıqlamada Almaniyada Hitlerin üzünü göstərməyin cəzalandırılan bir cinayət olduğu vurğulanıb.

Haqqında cinayət işi açılan müəllim vəzifəsindən kənarlaşdırılıb və istintaq bitənə qədər şagirdlərlə görüşünə icazə verilməyəcək.

Roza Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla