AZ

®“Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

®“Dayanıqlı

“Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” (AISA) və “PMD Projects” MMC tərəfindən mayın 15-də “Fairmont Baku”da “Towards COP29” (COP29’a doğru) devizi altında keçiriləcək “Sustainable Construction Summit”in (Dayanıqlı Tikinti Zirvəsinin) gündəliyi yayımlanıb.

Tikintidə dayanıqlı və ətraf mühiti nəzərə alan həllərin, müasir və innovativ tikinti və memarlıq üsullarının, tikinti təhlükəsizliyinin, ağıllı tikinti sistemləri və şəhərsalma mədəniyyət nümunələri kimi mövzuların müzakirə olunacağı tədbirin gündəliyi də artıq bəllidir. Tədbirin https://scs2024.aisa.az/ saytında və sosial şəbəkə hesablarında moderator və spikerlər haqqında ətraflı məlumat qeyd edilib.

Ölkəmizin inşaat və tikinti sahəsində tənzimləyici və nəzarət qurumlarının, qabaqcıl inşaat və memarlıq şirkətlərinin, həmçinin dayanıqlılıq sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələrinin moderator və spiker olduğu tədbirdə bu sahədə beynəlxalq gündəmdəki mövzular, ölkəmizdə tətbiq edilən və gələcək üçün nəzərdə tutulan metodlar, mövcud problemlər və onlar üçün həll yolları müzakirə ediləcək.

Təşkilat komitəsindən verilən məlumata görə, mayın 5-də qeydiyyat müddəti bitən iştirak üçün ümumilikdə 700-dən çox müraciət daxil olub və yaxın günlərdə zirvədə iştirak üçün 120-dən çox şirkəti təmsil edən 300 nəfər iştirakçıya dəvətnamələr göndəriləcək. Qeyd edək ki, Zirvə BMT-nin Qlobal Saziş Təşəbbüsünün Əsas tərəfdaşlığı, “Norm” ASC, “Farchitects” şirkətlərinin platinium, IST Services və ALPİN şirkətlərinin qızıl, UNICONS və “Freyssinet” şirkətlərinin gümüş sponsorluğu, KRAN GROUP, PlanRadar, AzDƏMTTETİ, STORM-ENGINEERING, STV Engineering, Fil Agency, Qmeter, Facemark, NS Studio, Bizimyol.info, Boomerang Agency və Liv Bona Dea Hospitalın tərəfdaşlığı ilə təşkil ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
1
Mənbələr
Şərh ()
Bağla