AZ

“Ermənistanda etirazlar nəticə verməyəcək“- Üzeyir Cəfərov

"Ermənistanda etiraz edənlər arasında həbs edilənlər var və bundan sonra da xeyli sayda həbs olunanlar olacaq"

Hərbi ekspert Üzeyr Cəfərov bunu News365.az-a açıqlamasında deyib. 

"Ermənistanda artıq 10 gündən çoxdur ki, etiraz aksiyası başlayıb. Aprelin 19-da Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə dövlət komisiyalarının 8-ci iclasının yekunlaşmasından  sonra bu etiraz aksiyaları başladı. Baqrat Qalstanyan guyaki nəyəsə nail olacaq, bir neçə gün əvvəl Tavuşdan hərəkətə başlayanda, artıq Ermənistan daxilində də Robert Koçaryan və Serks Sarkisyan tərəfdarları bəzi razılıq işləri gördülər və bundna digər kənar qüvvələrdə kifayət qədər yararlanmağa başladırlar. Düşünmürəm ki, onların etirazları hər hansı bir nəticəyə gətirib çıxaracaq. Ermənistanda etiraz edənlər arasında həbs edilənlər var və bundan sonra da xeyli sayda həbs olunanlar olacaq"- deyə bildirib.

Vəfa Vəliyeva, News365.az 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
Mənbələr
Şərh ()
Bağla