AZ

Xocalı qatili xəyanət etdi: Paşinyan Balasanyanı Azərbaycana verir? - AÇIQLAMA

Xocalı qatili xəyanət etdi: Paşinyan Balasanyanı Azərbaycana verir? - AÇIQLAMA

Xocalı qatili Vitali Balasanyan da dəstəsi ilə birgə Ermənistanda revanşistlərin etiraz aksiyasına qoşulacağını bəyan edib. Bu barədə erməni mətbuatı məlumat yayıb. Balasanyanın etirazçılara rəhbərlik edən keçiş Baqrat Qalstanyanı dəstəklədiyi bildirilir. Onlar Ermənistanın güc strukturlarından yaranmış vəziyyəti düzgün qiymətləndirməyi, hərəkata arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə Erməni Apostol Kilsəsinin başçılıq etdiyini xatırlamağı tələb ediblər. Eyni zamanda, "Vətən naminə Tavus" hərəkatı ümumerməni hərəkatına çevrilib.

Bildiyimiz kimi, Vitali Balasanyan siyasi proseslərdə Paşinyanı devirmək üçün istifadə edilirdi. Hətta bununla bağlı olaraq, Ermənistan hüquq-mühafizə orqanları Vitali Balasanyanın onun Ermənistanda siyasi proseslərə qarışıb-qarışmayacağı ilə maraqlanmışdı. Balasanyan hər nə qədər müxalifətin planlarına alət olmayacağını iddia etsə də, göünür mənzərə başqadır. Xocalı qatili açıq şəkildə Tavuş istiqamətində gedən aksiyalara qoşulur və onlara dəstək verir. Eyni zamanda aksiyaların İrəvana qədər çatdığı bildirilir. Bəs Paşinan çıxış yolu olaraq, Vİtali Balasanyanı Azərbaycana verəcək?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Emin Həsənli deyib ki, Xocalı qatili, cinayətkar Vitali Balasanyan separatizmin ən əsas şəxslərindən biridir:

"Əsgəranda ən qanlı cinayətləri həyata keçirib. Xocalı soyqırımı və ondan əvvəlki hadisələr, Ağdam və Qarabağın işğalında müstəsna xidmətləri var. Ona görə də Vitali Balasanyan Azərbaycan məhkəməsi qarşısında məcbur cavab verəcək. O cümlədən Sarkisyan, Köçəryan və digərlərinə Ermənistanda son şans kimi baxırlar. Paşinyan Azərbaycan ilə sülh müqaviləsi imzalamağa məcburdur. Ona görə də onlar son fəaliyyətlərini göstərirlər. Bu zaman ərzində onların fəaliyyətinin heç bir nəticəsi olmadı. Qarabağda antiterror tədbirləri zamanı nə etdilərsə, Ermənistan hakimiyyəti reallığı bilərək onların avantürasına getmədi. Azərbaycanın gücünü gördüyü üçün Paşinyan onların bu addımına getmədi. Paşinyan açığı heç də sülhsevər biri deyil. Bu vaxta qədər Paşinyan etdiklərinin cavabını Azərbaycan artıqlaması verdi. Digər cinayətkarlar kimi Ohanyan Sarkisyan, Köçəryan və Balasanyanda Azərbaycana təhvil verilməlidir və sülh müqaviləsi bağlanmalıdır".

Qeyd edək ki, Vitali Balasanyan Ermənistanın "Daşnaksütyun" partiyasının üzvüdür. Həm qondarma "Artsax rejimi"nin, həm də Ermənistanın "xaç qəhrəmanı"dır. O, vaxtilə Qarabağda erməni quldur dəstələrinin rəhbərlərindən biri olub, 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb, torpaqlarımızın işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər isə keçmiş separatçı rejimin müdafiə nazirinin müavini olub. Daha sonra "Artsax təhlükəsizlik şurasının katibi" kimi fəaliyyət göstərib. O, separatçıların qondarma "prezident" seçkilərində də iştirak edib, ancaq məğlub olub.

Sevda Səfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
Mənbələr
Şərh ()
Bağla