AZ

HƏMAS-ın 20 batalyonunu məhv etmişik – Netanyahu

İsrail ordusu HƏMAS-ın demək olar ki, bütün batalyonlarını məhv edib.
BUTA.TV xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. “HƏMAS-ın 24 batalyonundan 20-ni məhv etməyə müvəffəq olmuşuq. Rəfahda məhv etməli olduğumuz daha 4 batalyon qalıb. Məhz buna görə Rəfaha girmək istəyirik, çünki onları orada qoya bilmərik”, - Netanyahu bildirib.

Baş nazir qeyd edib ki, İsrail hərbçiləri Rəfahda HƏMAS-ın ciddi müqaviməti ilə üzləşə bilərlər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
3
Mənbələr
Şərh ()
Bağla