AZ

Arda finalda oynamasa, ÇL-in qalibi sayılmayacaq!

''Real'' çətinliklə də olsa, ''Bavariya'' səddini aşaraq Çempionlar Liqasında finala yüksəldi.

Madrid nəhəngi bu qarşılaşmada Arda Gülərin xidmətinə ehtiyac duymadı. Gənc türkiyəli ulduz bütün oyunu ehtiyat oyunçular skamyasında keçirdi. ''Kral klubu'' iyunun 1-də ''Uembli''dəki finalda Dortmund ''Borussiya''sı ilə üz-üzə gələcək.

Bu arada məlum olub ki, ''Real'' lap ÇL-in qalibi olsa belə, UEFA Ardanı bu turnirin qalibi saymaya bilər. UEFA-nın 2022-ci ildə qəbul etdiyi yeni qərara görə ÇL-də mövsümün gedişində heç bir oyunda meydana çıxmayan futbolçu bu turnirin qalibi hesab oluna bilməz! İlk dəfə bu qərarın qurbanı ''Real''da Andrey Lunin ilə İsko olmuşdu. ''Blankos'' 2021/22-də ÇL-i qazanarkən bu futbolçular 13 qarşılaşmanın heç birində forma geyməmişdilər. Ona görə də Lunin ilə İsko həmin mövsüm ÇL-in qalibi hesab olunmur.

Arda da bu mövsüm Avropanın ən mötəbər klub turnirində heç bir qarşılaşmada şans qazanmayıb. Bu da o deməkdi ki, Karlo Ançelotti ona finalda da şans verməyəcəyi təqdirdə türkiyəli ulduz ÇL-in qalibi hesab olunmayacaq! Arda indiyə qədər ''Real''da 9 rəsmi oyunda ümumilikdə 232 dəqiqə forma geyib və 2 qol vurub. ÇL-də isə o, ''Real''ın 12 oyunundan 7-də iştirak ərizəsində olsa da, bu matçlarda meydana çıxmayıb.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
50
football-plus.az

10Mənbələr