AZ

İrəvanda kritik gəlişmə: Keşiş nə etmək istəyir?

“Qarabağ klanı”nı yenidən Ermənistanda hakimiyyətə gətirmək istəyirlər.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

“Baqrat Qalstanyan keşiş Qaponun reinkarnasiyasıdır. Qapon 1905-ci il yanvarın 9-da bəyanat, ikonalar və pankartlarla xalqı II Nikolay və ya Qış Sarayından “iş şərtlərinin yüngülləşdirilməsi və siyasi həyatın liberallaşdırılması”nı tələb edən keşiş kimi tanınır. Amma bu tamaşa nümayişin sərt şəkildə yatırılması ilə başa çatdı. “Qanlı bazar günü” kimi tanınan həmin bazar günü yüzlərlə insan öldü. Qaponun özü də, əməkdaşlıq etdiyi gizli polis agentləri tərəfindən öldürülənə qədər bir müddət qaçıb gizləndi. Saray meydanındakı sonrakı hadisələr 1905-ci il inqilabının tətikçisi oldu.

Baqrat Qalstanyan həmin təxribatçıdır ki, fırıldaq yolu ilə etirazçı kütləni manipulyasiya edərək sifarişçilərinin planlarını həyata keçirir. Məqsədləri də çevriliş etmək və “Qarabağ klanı”nı ikinci dəfə hakimiyyətə gətirməkdir”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla