AZ

Baqratın hərəkatı siyasi korporasiya xarakteri daşıyır- ÖZƏL

"Paşinyanın "Tavuş hərəkatı"na rəhbərlik edən erməni keşiş Baqrat Qalstyanın İrəvandakı mitinqdə irəli sürdüyü "istefa tələbinə" əməl etməyəcəyi bəllidir". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Baqratın ətrafına toplaşanlar da Nikolu "taxtında endirmək" potensialından hələki uzaqdır: "Lakin aksiya uzunmüddətli olarsa  "qartopu" effekti yaratması riskləri də var, bu baxımdan, Paşinyanın əks həmləsinin iki istiqamətdə olacağı gözləniləndir. Belə ki, Paşinyan tərəfdarlarını hərəkətə keçirə, "əzələ nümayişi" edə bilər. Bu, təkcə mitinqə qarşı yox, onun arxasındakı qüvvələrə mesaj xarakteri daşıyır. Paşinyan həm də inzibati resursları işə salacaq. Aksiyaya böyüməsinin qarşısını müxtəlif yollarla ala, xüsusilə bölgələrdən qatılmaları məhdudlaşdıra bilər.
Aksiyanın böyümə tempi nəzarətdən çıxmadığı müddətdə "demokratik" imicini qorumaq və oponentlərinin nəyə "qadir" olduğunu göstərmək məqsədilə birbaşa güc tətbiqindən çəkinəcəyi ehtimalı daha çoxdur. Baş verənlərdə ən maraqlı məqam isə Baqratın hərəkatının siyasi korparasiya xarakteri daşımasıdır. Bu korporasiyada təkcə Rusiyanın yox, Qərbdə də müəyyən qüvvələrin iştirakı görünür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
Mənbələr
Şərh ()
Bağla