AZ

Endokrinoloq Anar Məmmədov - "Həkimlərimizi tanıyaq!" rubrikası

Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasının bu dəfəki qonağı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Endokrinologiya şöbəsinin həkim-endokrinoloqu Anar Məmmədovdur.
 
Məmmədov Anar İsa oğlu 4 oktyabr 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. 1996-2002-ci illərdə Azərbaycan Tibb Universiteti Hərbi Tibb fakültəsində təhsil alıb. Silahlı Qüvvələrin Baş Klinik hospitalında internatura kursu keçib.
 
O, 2005-2013-cü illər ərzində Gəncə şəhər Hərbi hospitalında baş ordinator, 2013-2022-ci illərdə şöbə rəisi vəzifələrini icra edib.
 
Daha sonra 2007-2020-ci illərdə Türkiye Cumhuriyeti Amkara şəhəri "Gülhane" Hərbi Tibb Akademiyasının Nefrologiya, Qastroenterologiya, Endokrin və Metabolizma xəstəlikləri şöbələrində çalışıb.
 
Hal-hazırda Gəncə Şəhər Bİrləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Endokrinologiya şöbəsinin həkim-endokrinoloq vəzifəsini icra edir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
aztibb.az

1Mənbələr