AZ

Netanyahu: “HƏMAS-ın 24 batalyonundan 20-sini məhv etmişik”



“İsrail ordusu radikal HƏMAS hərəkatının 24 batalyonundan 20-ni məhv edib”.

Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

İsrail hökumətinin başçısı deyib ki, hazırda İsrail ordusunun əsas vəzifəsi HƏMAS-ın Rəfahda olan daha dörd batalyonunu məhv etməkdir.

“Buna görə Rəfaha girmək istəyirik, çünki onları orada qoya bilmərik”, - deyə B.Netanyahu söyləyib.

B.Netanyahu, həmçinin Rəfahda əməliyyat zamanı İsrailin çox güclü müqavimətlə qarşılaşacağını da qeyd edib, lakin ölkə ordusunun bunun öhdəsindən gələcəyinə əmin olduğunu vurğulayıb.

aia.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
7
Mənbələr
Şərh ()
Bağla