AZ

Almaniyada şirkətlərin iflası artır

 

Almaniyada iqtisadiyyatdakı tənəzzül və yüksək faiz xərcləri səbəbindən aprel ayında şirkətlərin iflası 28,5 faiz artıb.

Ednews sozcu.com-a istinadən xəbər verir ki, Almaniya Federal Statistika İdarəsi (Destatis) aprel ayı üçün iflas ərizəsi məlumatlarını açıqlayıb.

Buna görə iflas müraciətləri aprel ayında bir əvvəlki ilin eyni ayına görə yüzdə 28,5 artdı. Mart ayında ölkədə əvvəlki illə müqayisədə müflisləşmələrdə 12,3 faiz artım olub.

Destatisin açıqlamasında məhkəmələrin ilk qərarından sonra iflasların statistikaya daxil edildiyi vurğulanaraq, "2023-cü ilin iyun ayından etibarən müflisləşmələrdə illik olaraq ikirəqəmli artım templəri müşahidə olunur" ifadəsi işlədilib.

2024-cü ilin fevral ayında ən çox iflas 10 min şirkətə 9 iş olmaqla nəqliyyat və anbar sektorunda müşahidə edilib. Bunu 10 min şirkətə 8 hadisə ilə istehsal və tikinti sektorları izlədi.

Şirkətlərin iflas iddiaları ilə bağlı kreditorlara ödənilməsi gözlənilən borc 4,1 milyard avro olaraq qeyd edildi. Sözügedən borc 2023-cü ilin fevral ayında təxminən 3,2 milyard avro idi.

 

Xəyal Ramiz 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
Mənbələr
Şərh ()
Bağla