AZ

Azərbaycanın Türkiyədən tütün alışında 3 milyonluq azalma

Cari ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 11 milyon 586 min ABŞ dolları dəyərində tütün alıb.

Valyuta.az bu barədə Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 288 min ABŞ dolları və ya 22,1 faiz azdır.

Qeyd edək ki, keçən ilin yanvar-aprel aylarında Türkiyədən alınan tütünə 14 milyon 874 min ABŞ dolları xərclənib.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla