AZ

Türkiyə də Tiktok-a girişi qadağan edəcək

Türkiyədə Tiktok-a giriş məhdudlaşdırıla bilər.

Milli.Az bildirir ki, bu barədə millət vəkili Hüseyin Yayman söyləyib. O Tiktokun qadağan ediləcəyini söyləyib.

"Tiktok-a giriş Amerikada məhdudlaşdırılıb. Qadağalara qarşıyıq, lakin, Türkiyədə bu işin axırı Tiktokun qadağan olunmasına qədər gedəcək", - Hüseyin Yayman deyib.

Qeyd edək ki, hazırda dünyanın ən populyar platformasına çevrilən Tiktok-la bağlı narazılıqların sayı günü-gündən artmaqdadır.

İslam
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
2
Mənbələr
Şərh ()
Bağla