AZ

Dövlət İmtahan Mərkəzində təlim keçirilib

2024-cü il 8 may tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin aparıcı məsləhətçisi Gündüz Əhmədli tərəfindən “Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” mövzusunda təlim təşkil edilib. Təlimdə Energetika Nazirliyinin əməkdaşları iştirak edib.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Mərkəzdən bildirilib ki, təlim zamanı dövlət qulluqçularının etik davranış qaydaları, etik davranış qaydalarının əhəmiyyəti, etik davranış qaydalarının tətbiqi məsələləri barədə təlim iştirakçılarına məlumat verilib.Təlimin sonunda dövlət qulluğunda etik davranış qaydaları mövzusunda təlim iştirakçılarının sualları cavablandırılıb.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla