AZ

“Azərbaycan bu nüvə dövlətini “heç nə” edib, onu “sıfır”la eyniləşdirib”

Azərbaycanla Ermənistan arasında sərhəd məsələləri ilə bağlı əldə edilən ilkin və lokal razılaşmalar bəzi qüvvələrin, xüsusilə də Cənubi Qafqazda öz mövqelərini möhkəmkəndirməyə çalışan Fransanın  narahatlığına səbəb olmaqdadır.  

 

Maraqlıdır, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması Fransanın bölgəyə müdaxilə imkanlaırnı məhdudlaşdıra bilərmi?

 

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə Azərbvaycanın yürütdüyü siyasət nəticəsində Fransanın bölgəyə müdaxilə imkanlarının əhəmiyyətli dərəcədə azaldığını bildirib:

 

“Azərbaycanın apardığı siyasət nəicəsində Fransanın Cənubi Qafqaza müdaxilə imkanları onsuz da məhdudlaşıb.

 

Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü, NATO təmsilçisi, nüvə dövlətidir. O, iqtsiadi, hərbi, maliyyə baxımından da Azərbaycandan güclüdür. Lakin Azərbaycan bacarıqlı siyasəti nəticəsində bu nüvə dövlətini “heç nə” edib, onu “sıfır”la eyniləşdirib. Fransa sahib olduğu bunca gücə rəğmən heç nə edə bilmir.

 

Bəs Azərbaycan bunu necə bacarıb? Bunun çox sadə səbəbi var. Azərbaycan Prezidenti qərəzli və ədalətsiz siyasətinə görə Fransanın iştirakçılığından, habelə Makronla görüşlərdən imtina edib. Açıq şəkildə bildirib ki, Fransanın ədalətinə, tərəfsizliyinə, obyektivliyinə inanmır və buna görə də Parisin istənilən məsələ ilə bağlı vasitəçiliyi arzuedilməzdir.

 

Onsuz da Azərbaycan Ermənistanla məsələləri birbaşa təmaslar vasitəsi ilə həll etməyə qərar verib. Azərbaycana bu məsələdə heç bir vasitəçi lazım deyil. Və Azərbaycanla Ermənistan arasında danışıqların harada, hansı ölkənin ərazisində aparılmasından asılı olmayaraq, sülh qərarını yenə də bu iki ölkə verəcək. Həm də heç bir vasitəçi olmadan...”

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
50
moderator.az

10Mənbələr