Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ilk cavab görüşü keçiriləcək.
İdman.biz xəbər verir ki, “Xırdalan”la “Sabah” ikinci dəfə qarşılaşacaq.
İlk oyunda 101:85 hesabı ilə qələbə qazanan çempion bu görüşdə də eyni uğuru təkrarlasa, finala yüksələcək.
Qeyd edək ki, yarımfinalın digər cütündə ilk oyunlar çərçivəsində NTD-İNDİQO “Xəzri”yə 61:63 hesabı ilə uduzub.
Azərbaycan Basketbol Liqası
1/2 final, ikinci oyun
7 may
19:30. "Xırdalan" - "Sabah" "Sərhədçi" İdman Mərkəzi
"Sərhədçi" Olimpiya Mərkəzi
İlk oyun: 85:101
İdman.biz