AZ

“Neftçi”nin 350 min manatından keçdiyi transferin aylıq qazancı – Artan templə

Millimizin və “Qəbələ”nin futbolçusu Emil Səfərov növbəti mövsümdən “Neftçi”də çıxış edəcək.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, yarımmüdafiəçi “ağ-qaralar”la 3 illik müqavilə imzalayıb. Səfərov bu müddətdə “Neftçi”də 250 min manat qazanacaq.

Belə ki, millimizin üzvü “Flaqman”da birinci mövsüm 70 min, ikinci ilində 80 min, müqaviləsinin sonuncu dönəmində isə 100 min manat maaş alacaq.

Həmçinin paytaxt təmsilçisi yarımmüdafiəçi üçün “Qəbələ”yə 350 min manat təzminat ödəyəcək. Onun “qırmızı-qaralar”la 2025-ci ilin sonuna qədər sözləşməsi var idi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla