AZ

Nistelroy: “Qızıl top”u qazanmaq üçün Mbbappe “Real”a keçməlidir”

“Real”ın sabiq hücumçusu Rud van Nistelroy PSJ-nin fransalı hücumçusu Kilian Mbappenin “kral klubu”na mümkün transferi haqda danışıb.

Arena.az niderlandlı veteran futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Bu il Mbappeni “Real”da görürəmmi? Bu il, bəli. Kilian çox ağıllı oyunçu və insandır. Əminəm ki, o, karyerasını təkmilləşdirməyi düşünür, çünki hələ çox gəncdir. “Qızıl top”u qazanmaq üçün o, “Real”da oynamalıdır”, deyə Van Nistelroy bildirib.

Xatırladaq ki, Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz futbolçu Paris klubuna həmin ilin iyulunda 180 milyon avro müqabilində “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. Onun müqaviləsinin müddəti bitən kimi məhz “Real”a keçməsi gözlənilir. Tərəflərin bütün məsələlərdə razılığa gəldiyi iddia olunur.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 43 qol vurub, 10 məhsuldar ötürmə verib.

Mbappenin PSJ-nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 306 oyun, 255 qol, 108 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 77 oyun keçirib, 46 qol vurub və 31 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla