AZ

Bildirçinin dünya səyahəti

Alimlər Türkiyənin İğdır vilayətində peyk ötürücüsü quraşdırılan bildirçinçalan quşunun (şahinin növü) marşrutunu izləyiblər. Məlum olub ki, quş Azərbaycan da daxil olmaqla, Asiya, Avropa və Afrikanın 34 ölkəsindən keçib və bu səfərdə 48 min 865 kilometr məsafə qət edib. Bu barədə Türkiyənin Araz Quş Araşdırma və Təlim Mərkəzindən bildirilib.

Məlumata görə, 2022-ci ili aprelin 14-də peyk ötürücüsü ilə tə­biətə buraxılan şahin nəsil artırmaq üçün Rusiyanın Qazaxıstanla sərhəd ərazisinə yaxın yerləri, qışlaq yeri kimi isə Namibiyanı seçib. Maraqlıdır ki, Araz çayı vadisi isə şahinin əsas yaşayış və qidalanma məkanı olub.

Qeyd edək ki, latınca adı “Accipiter nisus” olan bu quş növü hey­vanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinə aiddir.

S. FİDAN
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla