AZ

Putin Mişustinin baş nazir təyin edilməsini təklif edib

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Mixail Mişustini Rusiyahökumətinin sədri vəzifəsinə namizədliyini Dövlət Dumasına təqdimedib.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə DövlətDumasının spikeri Vyaçeslav Volodinin deyib.

O qeyd edib ki, əgər deputatlar təşəbbüsü dəstəkləsələr, dövlətbaşçısı baş nazirin təyin edilməsi haqqında fərman imzalayacaq.

"Qanunvericilik və icra hakimiyyətinin birgə işinin yenimərhələsi başlayır. Namizədliyin müzakirəsi zamanı parlamentüzvləri prezidentin qarşıya qoyduğu bəzi vəzifələrin necə həllolunacağı suallarına cavab almaq istəyirlər. Bu, ilk növbədədemoqrafik siyasətə, insanların rifahının artırılmasına, çox uşaqlıailələrə dəstək olmağa və gənclər siyasətinin həyata keçirilməsinə,texnoloji suverenliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın vəregionların inkişafına, ölkənin müdafiə qabiliyyətininartırılmasına aiddir", - spiker əlavə edib.

Xatırladaq ki, mayın 7-də Mixail Mişustinin rəhbərlik etdiyiRusiya hökuməti Vladimir Putinin fərmanı ilə istefa verib. Bu,prezidentin andiçmə mərasimi ilə bağlıdır, ondan sonra qanunlahökumət istefaya getməlidir.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
48
Mənbələr
Şərh ()
Bağla