AZ

Ölkə sərhədlərini aşan startaplarımız (FOTO)

Bakı. Trend:

Startaplar yeni biznes istiqaməti kimi sürətlə inkişaf edir vəunikal ideyaları ilə davamlı yeniliklər gətirməklə həyatımızıasanlaşdırırlar. Son dövrlər uğurlu azərbaycanlı startaplarımızınsayı sürətlə artmaqdadır. Buna səbəb həm də dövlət tərəfindənstartap ekosisteminə göstərilən diqqət, innovativ ideyalarınyaranmasını və inkişafını dəstəkləyən dövlət dəstəyimexanizmlərinin işə salınmasıdır. Bu cür dəstəklər gəncləristimullaşdırmaqla yeni ideyaların yaranmasına və startaplayihələrini inkişaf etdirməklə ölkə hüdudlarından kənara çıxarmağadəstək olur.

Bu yaxınlarda Azərbaycan startapı “Dr.Agro” Niderland şirkətitərəfindən satın alınıb. Onlayn təhsil platforması olan “Metatesk”startapının təsisçisi Günay İmanzadə “Forbes” jurnalının dərcetdiyi “30 UNDER 30” siyahısında yer alıb. Azərbaycanlı gənclərtərəfindən qurulmuş “Unibroad” təhsil platforması dünyanın ən yaxşıtəhsil startapları arasında London şəhərində “Microsoft”, “Meta”,“Samsung” kimi şirkətlərin məhsulları ilə birgə sərgilənib. Kağızçeklərin rəqəmsallaşması platforması olan “Recepta” startapı isəölkəmizi 7-9 may tarixlərində Əbu-Dabi şəhərində keçirilən vədünyanın 100-ə yaxın ölkəsindən startapların öz layihələriniinvestorlara təqdim etdiyi İllik İnvestisiya Toplantısında (AIMCongress) təmsil edərək, münsiflər heyətinin favorit layihələriarasında yer alıb.

Azərbaycan startaplarının qeyd edilən uğurları yalnız son birneçə ayda əldə olunmuş nailiyyətlərdir. Bu startapları birləşdirənbaşlıca ortaq nöqtə isə onların layihələrinin inkişafına dövləttərəfindən dəstək göstərilməsidir. Adıçəkilən layihələrin dördünədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təminetdiyi dövlət dəstəyi çərçivəsində “Startap” şəhadətnaməsi verilib.Bu sənəd layihələri 3 il müddətində innovasiya fəaliyyətindən əldəetdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən azad edib.Bu isə startaplara layihə üzərindən əldə etdikləri qazancılayihənin daha da inkişaf etdirilməsinə yönəltməyə imkan verib.Sənəd həm də yerli və xarici investorlardan sərmayə cəlb edilməsizamanı layihəyə üstünlük qazandırır, müvafiq ekosistemə daha asaninteqrasiya etməkdə dəstək olur. “Dr. Agro” layihəsi isə “Startap”şəhadətnaməsi ilə yanaşı, KOBİA tərəfindən keçirilmiş 4-cü qrantmüsabiqəsinin qalibi kimi 16 min manat həcmində maliyyə dəstəyi dəalıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-aprel aylarında KOBİAtərəfindən mikro və kiçik sahibkarlara 22, indiyədək isə 145“Startap” şəhadətnaməsi verilib. KOBİA tərəfindən keçirilmiş 4qrant müsabiqəsi çərçivəsində isə aralarında startap layihələrinində olduğu 58 layihənin maliyyələşdirilməsinə dəstək məqsədiləümumilikdə 1 mln. manatdan çox qrant vəsaiti ayrılıb.

Adıçəkilən startaplar dövlət dəstəyi hesabına layihələriniinkişaf etdirmiş və dünya bazarına çıxara bilmiş Azərbaycanstartaplarından yalnız bir neçəsidir. Dövlətin də dəstəyi iləhazırda layihələrini inkişaf etdirən, onları gəlirli biznesəçevirmək yolunda uğurla addımlayan startaplarımızın daha böyüknailiyyətləri isə qarşıdadır.

Ölkə
Ölkə
Ölkə
Ölkə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
12
az.trend.az

10Mənbələr