AZ

Fransa Gürcüstanı da qarışdırır- TƏHLİL

Gürcüstanda baş verən iğtişaşlarda fransız barmağı ortaya çıxdı. Beləki, Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili “xarici agentlər haqqında” qanun layihəsinə görə rəhbərlikdən bu vəzifədə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini xahiş etdiyini bildirib.

“Şəxsən mən ətrafımda nə hökumətdə, nə də diplomatlar arasında açıq-aşkar rusiyayönlü olan heç kəsi tanımıram, başa düşürəm ki, bu, müəyyən məqsədə çatmaq üçün bir növ taktika ola bilər bu istiqamətdə mənim rolum və resurslarım: Avropaya doğru irəliləyin və özümüzü Avropadan qoruyaq”-deyə o sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, “reinkarnasiya edilmiş qanun layihəsinə görə dostlarımız və xarici tərəfdaşlarımızla münasibətlərdə” yaranan vəziyyət və əhval-ruhiyyə onun Gürcüstan səfiri kimi missiyasını “son dərəcə çətin” edir.

“Onu da səmimiyyətlə deyim ki, seçkilərdə öz etirazımızı və razılığımı bildirməliyik Artıq öhdəsindən gələ bilməyəcəyim yükdən qurtulun”, - Cavaxişvili bildirib.

Newsgeorgia qeyd edir ki, bundan əvvəl Gürcüstan Xarici İşlər Nazirliyinin iki əməkdaşı açıq şəkildə “xarici agentlər haqqında” qanun layihəsinə qarşı çıxış ediblər. Xarici İşlər Nazirliyinin Avro-Atlantik İnteqrasiya Departamentinin müşaviri Georgiy Tsikarişvili bildirib ki, qanun layihəsi “ölkənin Avropa İttifaqına inteqrasiyasını təhdid edir və Gürcüstan Konstitusiyasına və ölkənin demokratik inkişafına ziddir”.

Gürcüstanın Ermənistandakı səfirliyinin birinci katibi Aleksandr Qoqoladze də qanun layihəsinin əleyhinə çıxış edib, həmçinin etirazçılara qarşı “hakimiyyətin nümayişkaranə şəkildə istifadə etdiyi” zorakılığı pisləyib.

Göründüyü kimi Gürcüstanda baş verənlərə ilk reaksiya verənlər Fransa və Ermənistanda işləyən gürcülərdir. Bu da o deməkdir ki, Fransa Cənubi Qafqaza girmək üçün müxtəlif oyunlardan çıxır.

Qeyd edək ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Birinci oxunuşda olduğu kimi, sənədi 150 deputatdan 83-ü – hakim “Gürcü arzusu” partiyasının və onun koalisiya tərəfdaşı “Xalqın Gücü” partiyasının üzvləri dəstəkləyib. Layihənin əleyhdarları bunu “xarici agentlər” haqqında Rusiya qanununun surəti adlandırırlar. Sənəd ABŞ və Avropada tənqid edilib. Qanun layihəsinə baxılması Gürcüstanda kütləvi etirazlarla müşayiət olunur.

İlhamə Qiyas, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla