AZ

Bu şirkət dövlət qurumundan 2,3 milyonluq - SİFARİŞ ALDI

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti “Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi daxilində tikilmiş məcburi köçkün qəsəbəsində isti su və isitmə sistemlərinin quraşdırılacaq kombiyə qoşulması işləri” tenderinin nəticələrini elan edib.

Dövlət qurumu kombi xidmətləri ilə bağlı – BÖYÜK TENDER KEÇİRİR

FED.az xəbər verir ki, tenderin qalibi “Tunel-Metro İnşaat” MMC olub.

Qalib şirkətə 2 300 402 manat ödəniləcək.

Qeyd edək ki, “Tunel-Metro İnşaat” MMC 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Şövqi Seyfullayev Xalid oğludur. Hüquqi ünvanı AZ1122, Bakı şəhəri Yasamal rayonu, Tbilisi prospekti., ev 3166-cı məhəllədə yerləşən 4-cü blok 1-ci mərtəbə, m. 113 ünvanında yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
Mənbələr
Şərh ()
Bağla