AZ

Xaricə səməni aparmaq QADAĞAN OLUNUB?- VİDEO

Xaricə səməni aparmaq QADAĞAN OLUNUB?- VİDEO

Dünyada bəzi məhsulların ölkə ərazisindən çıxarılmasını müvəqqəti məhdudiyyət qoyulması təcrübəsi var. Azərbaycanda da bu təcrübədən istifadə olunub. Bu mallar siyahısına əsasən dənli bitkilər və ən çox istehlak olunan məhsullar daxildir. Sözügedən tədbirin görülməsində məqsəd ölkənin daxili ərzaq təhlükəsizliyini qorumaq və daxili bazarda rəqabət potensialını yüksəltməkdir.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı ekspertlər "Apa TV"yə öz fikirlərini bölüşüb:

"Ölkələrlə münasibətlərin kəskinləşməsi fonunda bu baş verə bilər. O cümlədən yerli emal proseslərinin daxili tələbatı ödəmək üçün yetərsiz olması səbəbindən verilmiş qərarlar ola bilər. İxracatçı ölkənin maraqlarından dolayı belə qərarlar verilir".

Qərarın qəbul edilməsindən iqlim dəyişiklikləri və davam edən geosiyasi proseslərin səbəb olduğu problemlər fonunda əhalinin əsas ərzaq mallarının təchizatı üzrə sabitliyin qorunub saxlanılması proqnozlaşdırılır:

"Müəyyən dövrlər üçün xarici və daxili bazar tələb-təklifləri nəzərə alınır. Strateji ərzaq təhlükəsizliyi proqramları dövlətlərin prioritet məsələlərinə çevriləndə bununla bağlı olaraq müəyyən vaxtlarda ixracatlarda qadağalar tətbiq olunur ".

Ətraflı "Apa TV"nin süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
Mənbələr
Şərh ()
Bağla