AZ

Gəncədə respublika turniri keçirilib

Gəncədə voleybol üzrə daha bir yarış baş tutub. "Rekord.az" xəbər verir ki, mayın 8-də Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası (AVF), Gənclər İdman Nazirliyinin təşkilatçılığı və Rövşən Oğuz Qroupun sponsorluğu ilə voleybol üzrə oğlanlar arasında Respublika turniri keçirilib.

AVF-nin baş katibi Faiq Orucovun da iştirak etdiyi yarışın açılış mərasimi və oyunlar Gəncə İdman Sarayında baş tutub. Bu turnir yeni fəaliyyətə başlayan idman sarayında təşkil olunan ilk yarış olub.

Dörd Regional Voleybol Klubun idmançılarının (Gəncə RVK, Tovuz RVK, Oğuz RVK, Hacıqabul RVK) iştirak etdiyi yarışın qalibi “Oğuz RVK” komandası olub. Qaliblərlə yanaşı, bütün komandalara mükafatlar təqdim edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
Mənbələr
Şərh ()
Bağla