AZ

Daha beş şirkətin səhmdarları bir araya gələcək

Daha beş şirkətin səhmdarlarının toplantısı olacaq.

Bu barədə İqtisadiyyat.az aşağıda qeyd olunan şirkətlərə istinadən xəbər verir.

İyunun 28-də saat 11.00-da "Lənkəran Sənaye Cihaz" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.Yığıncaqda 2023-cü ilin yekunlarına dair idarə heyətinin hesabatı, təşkilati (idarə heyəti, müşahidə şurası və təftiş komissiyası sədrinin və üzvlərinin seçilməsi) və digər məsələlər müzakirə ediləcək.

İyunun 27-də saat 11.00-da "Bakı Avtonəqliyyat-2" ASC səhmdarlarının onlayn qaydada növbəti illik ümumi yığıncağı keçiriləcək. İclasın gündəliyinə ASC-nin 2023-cü il üçün maliyyə hesabatının təsdiq edilməsi, cəmiyyətin idarəetmə orqanlarının yeni tərkibinin seçilməsi və digər məsələlər daxil edilib.

İyunun 28-də saat 11.00-da "Bakı Avtonəqliyyat-2" ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək. Burada da 2023-cü ilin yekunlarına dair idarə heyətinin hesabatı və digər məsələlər müzakirə olunacaq.

İyunun 28-də saat 11.00-da "EF-QAZ" ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağında 2023-cü ilin yekunlarına dair idarə heyətinin hesabatı və digər məsələlər ətrafında fikir mübadiləri aparılacaq.

"Rabitə Tikinti" ASC-nin səhmdarlarının da növbəti illik ümumi yığıncağı iyunun 28-də saat 11.00-da keçiriləcək. İclasın gündəliyinə 2023-cü ilin yekunlarına dair idarə heyətinin hesabatı və digər məsələlər daxil edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla