AZ

HƏMAS-dan atəşkəslə bağlı açıqlama

HƏMAS-dan atəşkəslə bağlı açıqlama



 09:15 10.05.2024     200

HƏMAS-ın Siyasi Bürosunun üzvü İzzat ər-Rişk vasitəçilərin təsdiqlədikləri atəşkəs təklifinə sadiq olduqlarını vurğulayıb.

Demedia.az xəbər verir ki, o Qəzza zolağında atəşkəs üçün aparılan danışıqlarla bağlı bəyanat yayıb. Atəşkəs danışıqlarını aparan HƏMAS heyətinin Qətərə getmək üçün Misirin paytaxtı Qahirədən ayrıldığını bildirən Rişk, "Vasitəçilərin atəşkəs təklifinin təsdiqi ilə bağlı mövqeyimizə sadiqik" deyə bildirib. Rişk vurğulayıb ki, İsrailin Rəfahı işğal etmək və sərhəd qapısını ələ keçirmək cəhdi vasitəçilik səylərini sarsıtmaq, hücumları gücləndirmək və soyqırım törətməkdir.

Bahadur Seyidov

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla