AZ

Avropa və Konfrans liqalarında finalçılar bəlli oldu


İtaliyanın “Atalanta”sı və Almaniyanın “Bayer” klubları futbol üzrə Avropa Liqasının finalına yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, “Atalanta” Fransa “Marsel”ini 3:0 hesabı ilə məğlub edib.
İlk görüşdə 1:1 hesablı bərabərlik qeydə alınmışdı.
Almaniyanın yeni çempionu “Bayer” Leverkuzendə İtaliya “Roma”sı ilə mübarizə aparıb.
Görüşün 83-cü dəqiqəsinə kimi qonaqlar 2 top fərqi ilə üstün olsalar da, “Bayer” hesabı bərabərləşdirə bilib və finala adlayıb.
Xatırladaq ki, ilk oyunda ispaniyalı Xabi Alonsonun rəhbərlik etdiyi komanda 2:0 hesabı ilə qalib gəlib.
Avropa Liqasının finalı mayın 22-də Dublində baş tutacaq.
UEFA Konfrans Liqasında da finalçılar bəlli olub.
“Aston Villa”nı evdə 2:0 məğlub edən “Olimpiakos” finala çıxan tərəf olub.
İlk oyunda Yunanıstan təmsilçisi 4:2 hesablı qələbəyə sevinmişdi.
Digər finalçı isə bir gün əvvəl “Brügge”ni turnirdən kənarlaşdıran “Fiorentina”dır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
yeniavaz.com

2Mənbələr