ABŞ lideri Co Baydenin İsrail ordusunun Qəzza bölgəsinin cənubundakı Rəfah şəhərində genişmiqyaslı əməliyyata başlayacağı təqdirdə bu ölkəyə silah göndərilməsini dayandıracağı ilə bağlı xəbərdarlığına Tel-Əviv kəskin reaksiya verib.
Reyting.az xarici mediaya istinadla bildirir ki, İsrailin Vaşinqtondakı səfiri Maykl Qersoq Baydenin ultimatumunun qəbuledilməz olduğunu və bölgədəki bəzi qüvvələrə yalnış siqnal rolunu oynaya biləcəyini bəyan edib.