AZ

Adam öldürən şəxsin şikayəti təmin edilmədi

Ali Məhkəmədə Samux rayonunda ehtiyatsızlıqdan adam öldürməkdə təqsirləndirilən Elmar Əsgərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmar Əsgərov Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Hökmə əsasən, ona 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. 

 

İttihama görə, Samux rayon sakini, 1998-ci il təvəllüdlü Elmar Əsgərov 2021-ci ilin avqustun 27-də Gəncə şəhərində 1983-cü il təvəllüdlü Sahib Abdullayevlə əlbəyaxa dava edib. E.Əsgərov onun başından vuran zaman yıxılaraq başı səkiyə dəyib və komaya düşüb. S.Abdullayev avqustun 29-da xəstəxanada ölüb.

 

Kamal Məmmədov

 

 

Tarix: 10 May 2024, 09:04   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla